Milli Ətraf Mühit Agentliyi - sentyabrın 9-dan sentyabrın 10-dək bol yağış və dolu yağması gözlənilir, dağlıq bölgələrdə sulu qar yağa və çaylarda sululuq arta bilər
Milli Ətraf Mühit Agentliyi - sentyabrın 9-dan sentyabrın 10-dək bol yağış və dolu yağması gözlənilir, dağlıq bölgələrdə sulu qar yağa və çaylarda sululuq arta bilər

 
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

“Sentyabrın 8-də günün ikinci yarısından etibarən Gürcüstanın əksər ərazilərində, sentyabrın 9-dan isə sentyabrın 10-u səhərədək Qərbi Gürcüstanın əksər bölgələrində və Şərqi Gürcüstanın bəzi bölgələrində yenə də bol yağıntı, şimşək çaxacağı və dolu yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Dənizdə 3-4 ballıq fırtına ola bilər. Sentyabrın 9-dan havanın temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşəcəyi gözlənilir, yüksək dağlıq bölgələrdə sulu qar yağa bilər”-deyə məlumatda deyilir.

Milli Ətraf Mühit Agentliyindən açıqlandığı üzrə, gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında daşqınlara, dağlıq ərazilərdə sürüşmə proseslərinin başlamasına-ktivləşməsinə səbəb ola bilər.