Milli Ətraf Mühit Agentliyi-sentyabrın 18-19-u gecə saatlarında Gürcüstanın şərqində güclü yağış yağacağı, şimşək çaxacağı, dolu yağacağı və külək əsəcəyi gözlənilir
Sentyabrın 18-i və 19-u gecə saatlarında Şərqi Gürcüstanın şərqində (əsasən Kaxeti bölgəsində) bəzi yerlərdə intensiv yağış olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin olacağı gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Məlumatda bildirilir ki, gözlənilən intensiv yağıntılar Şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, dağlıq ərazilərdə isə sürüşmə-daşqın proseslərinin formalaşması-aktivləşməsinə səbəb ola bilər.