Milli Ətraf Mühit Agentliyi - Qara dəniz suyunun keyfiyyətinin monitorinqi doqquz stansiyada on gündə bir dəfə aparılacaq, tədqiqatlar başa çatan kimi nəticələr ictimaiyyətə açıqlanacaq
Milli Ətraf Mühit Agentliyi Qara dəniz suyunun keyfiyyətinin monitorinqi ilə bağlı bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, Qara dəniz suyunun keyfiyyətinin monitorinqi 9 stansiyada 10 gündə bir dəfə aparılacaq və nəticələr laboratoriya tədqiqatları başa çatdıqdan dərhal sonra ictimaiyyətə açıqlanacaq.
“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi ictimaiyyətin yüksək marağından irəli gələrək doqquz stansiyada 10 gündə bir dəfə Qara dəniz suyunun keyfiyyətinin monitorinqini aparacaq. Tədqiqatlar nəticəsində duzluluq da daxil olmaqla dəniz suyunun əsas fiziki-kimyəvi parametrləri, eləcə də biogen elementlər və digər göstəricilər müəyyən ediləcək. Toplanan nümunələr təhlil edilməsi üçün Milli Ətraf Mühit Agentliyinin müasir tələblərə və standartlara tam cavab verən atmosfer havası, su və torpaq analizi laboratoriyasına göndəriləcək. Laboratoriya yüksək dəqiqlikli analitik alətlərlə təchiz olunub və ISO 17025 standartına uyğun olaraq akkreditasiya olunub. Əldə edilən nəticələr laboratoriya tədqiqatları başa çatdıqdan sonra dərhal ictimaiyyətə açıqlanacaq”- deyə məlumatda deyilir.