Milli Ətraf Mühit Agentliyi - Paytaxtda və bəzi rayonlarda atmosfer havasının tərkibində bərk hissəciklərin miqdarında artım qeydə alınır, bu da əsasən transsərhəd çirklənmə ilə bağlıdır
Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumata əsasən, aprelin 18-dən paytaxtda və Gürcüstanın bəzi rayonlarında atmosfer havasının tərkibində bərk hissəciklərin (PM10, PM2.5) miqdarında artım qeydə alınır, bu da əsasən transsərhəd çirklənmə və cənubdan, cənub-qərbdən və cənub-şərqdən səhra toz kütlələrinin yayılması nəticəsində yaranır.
“İlin müəyyən günlərində oxşar sinoptik vəziyyət zamanı transsərhəd çirklənmə qeydə alınır.
Gürcüstanın Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin fasiləsiz monitorinqini davam etdirir.
Maraqlanan istənilən şəxsin atmosfer havasının keyfiyyəti portalında havanın keyfiyyəti ilə bağlı vəziyyəti öyrənmək və sağlamlıqla bağlı tövsiyələr almaq imkanı var”- Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.