Milli Ətraf Mühit Agentliyi növbəti monitorinqin nəticələrini dərc edir- Qara dənizin suyunun keyfiyyəti norma daxilindədir
Milli Ətraf Mühit Agentliyi növbəti monitorinqin nəticələrini dərc edir- Qara dənizin suyunun keyfiyyəti norma daxilindədir

 
Milli Ətraf Mühit Agentliyi Qara dənizin suyunun keyfiyyəti ilə bağlı növbəti monitorinqin aparıldığına dair məlumat yayır.

Monitorinqin nəticələrinə əsasən, Qara dənizin suyunun keyfiyyəti norma daxilindədir.

“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi avqustun 5 və 9-da Qara dənizin suyunun keyfiyyəti ilə bağlı növbəti monitorinq aparıb. Monitorinqin nəticələrinə görə, Qara dənizin suyunun keyfiyyəti norma daxilindədir. Tədqiqat zamanı kimyəvi parametrlər, o cümlədən 13 ağır metal, ümumi neft karbohidrogenləri və digər fiziki-kimyəvi göstəricilər müəyyən edilib.

Milli Ətraf Mühit Agentliyi 10 gündə bir dəfə, 9 stansiyada Qara dənizin suyunun keyfiyyətinə dair monitorinq aparırdı və iyulun 10-dan etibarən stansiyaların sayına Anaklia-Qanmuxuri ərazisində 3 məntəqə əlavə edilib. Götürülmüş nümunələrdə 59 parametrin əhəmiyyəti müəyyən edilir.
Alınan nümunələr analiz üçün Milli Ətraf Mühit Agentliyinin yüksək dəqiqlikli analitik alətlərlə təchiz olunmuş, müasir tələblərə və standartlara tam cavab verən atmosfer havası, su və torpaq analizləri üzrə akkreditə olunmuş laboratoriyasına göndərilir”- məlumatda deyilir.