Milli Ətraf Mühit Agentliyi monitorinqin nəticələrini dərc edir - Qara dəniz suyunun keyfiyyəti norma çərçivəsindədir
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi tərəfindən ötən həftə aparılmış tədqiqatların nəticələrinə əsasən, Qara dənizin su nümunələrində biogen elementlərin, ağır metalların və ümumi neft karbohidrogenlərinin konsentrasiyası norma çərçivəsindədir – bu barədə Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.
Məlum olduğu kimi, Milli Ətraf Mühit Agentliyi hər 10 gündən bir doqquz stansiyada Qara dənizin suyunun keyfiyyətinə dair monitorinq aparır.
“Aparılan tədqiqatlar nəticəsində dəniz suyunun kimyəvi parametrləri müəyyən edilir. Toplanmış nümunələr analiz üçün Milli Ətraf Mühit Agentliyinin yüksək dəqiqlikli analitik alətlərlə təchiz olunmuş, müasir tələblərə və standartlara tam cavab verən atmosfer havası, su və torpaq analizi laboratoriyasına göndərilir. Maraq olarsa, məlumatlar açıqdır və şəffafdır”- deyə Milli Ətraf Mühit Agentliyindən bildiriblər.