Milli Ətraf Mühit Agentliyi - iyulun 26-dək Gürcüstanda arabir yağış yağacaq, Şərqi Gürcüstanda dolu yağa bilər
Milli Ətraf Mühit Agentliyi - iyulun 26-dək Gürcüstanda arabir yağış yağacaq, Şərqi Gürcüstanda dolu yağa bilər

 
İyulun 26-dək Gürcüstanda arabir yağış yağacaq, şimşək çaxacaq, Şərqi Gürcüstanda bəzi yerlərdə dolu yağa bilər-məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

“İyulun 26-27-də Qərbi Gürcüstanda havanın yağmursuz keçəcəyi gözlənilir, iyulun 27-də isə havanın temperaturu +37, +39 dərəcəyə çata bilər. İyulun 28-də yenidən yağış yağacaq və hava sərin keçəcək. İyulun 29-dək Şərqi Gürcüstanda bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu +30, +35 dərəcə təşkil edəcək.

İyulun 25-26-da Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək. İyulun 28-də hava isti və küləkli olacaq”-deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.