Milli Ətraf Mühit Agentliyi - Gürcüstanın bəzi rayonlarında, eləcə də paytaxtda atmosfer havasında bərk hissəciklərin artması müşahidə olunur, bu da əsasən transsərhəd çirklənmə ilə bağlıdır
Milli Ətraf Mühit Agentliyi - Gürcüstanın bəzi rayonlarında, eləcə də paytaxtda atmosfer havasında bərk hissəciklərin artması müşahidə olunur, bu da əsasən transsərhəd çirklənmə ilə bağlıdır

 
Gürcüstanın bəzi rayonlarında, eləcə də paytaxtda mayın 28-dən atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) artması müşahidə olunur, bu da əsasən transsərhəd çirklənmə ilə bağlıdır, cənubdan və cənub-şərqdən səhranın toz kütlələrinin yayılması ilə şərtlənib-bu haqda Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Milli Ətraf Mühit Agentliyinin məlumatında, transsərhəd çirklənmənin ilin müəyyən günlərində analoji sinoptik vəziyyət zamanı qeydə alındığı bildirilir. Gürcüstanın Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin davamlı monitorinqini davam etdirir.

Milli Ətraf Mühit Agentliyindən bildirildiyi üzrə, istənilən maraqlanan şəxsin atmosfer havasının keyfiyyəti portalında havanın keyfiyyəti ilə bağlı məlumat və sağlamlıqla bağlı tövsiyələr almaq imkanı var.