Milli Ətraf Mühit Agentliyi Gürcüstanda martın 22-24-dək gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda martın 22-24-dək gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir

 
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin məlumatına görə, martın 22-dən 24-ü səhərədək Gürcüstanda fasilələrlə yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü duman olacağı gözlənilir.

“Gözlənilən yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmənin formalaşmasına-aktivləşməsinə, yüksək dağlıq bölgələrdə qar uçqununun yaranmasına səbəb ola bilər. Görmə məsafəsinin pisləşməsi və qar uçqunu təhlükəsi ilə əlaqədar avtomobil yollarının müəyyən hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür” -Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.