Milli Ətraf Mühit Agentliyi - Gürcüstan ərazisində temperaturun yüksələcəyi gözlənilir, bu da meşə yanğınları və buzlaqların əriməsi ilə bağlı proseslərin aktivləşməsinə şərait yaradır
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, cari həftə ərzində Gürcüstan ərazisində havanın temperaturunun yüksəlməsi (istilik dalğası) gözlənilir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, gözlənilən yüksək temperatur meşə yanğınları və buzlaqların əriməsi ilə bağlı proseslərin aktivləşməsi üçün əlverişli şəraitdir.
“Ayrı-ayrı günlərdə Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturu 37, 39°C, Şərqi Gürcüstanın aran rayonlarında 39, 41°C-yə çata bilər. Ölkənin dağlıq rayonlarında havanın maksimal temperaturu gündüz 33, 38 °C dərəcə, yüksək dağlıq ərazilərdə 28, 33 °C dərəcəyədək yüksələcək. Gözlənilən yüksək temperatur meşə yanğınları və buzlaqların əriməsi ilə bağlı proseslərin aktivləşməsi üçün əlverişli şəraitdir” -deyə məlumatda deyilir.