Milli Ətraf Mühit Agentliyi günün ikinci yarısında gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi günün ikinci yarısında gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumat üzrə, bu gün, iyunun 11-i günün ikini yarısında Raca-Leçxumi və Kvemo Svaneti, Kvemo Kartli, Şida Kartli, Samtsxe-Cavaxeti, Mtsxeta-Mtianeti və Kaxeti bölgələrində, eləcə də paytaxtda qısamüddətli yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir.
Gözlənilən yağıntılar Şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq bölgələrdə isə sürüşmə və sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta).