Milli Ətraf Mühit Agentliyi - güclü qar, qar uçqunu, duman, çovğun gözlənilir, bəzi hissələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
Milli Ətraf Mühit Agentliyi - güclü qar, qar uçqunu, duman, çovğun gözlənilir, bəzi hissələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər

 
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

“Dekabrın 11-i axşam saatlarından 12-si axşama kimi Şərqi Gürcüstanın şimal, dağlıq rayonlarında bəzi yerlərdə güclü qar yağacağı, qar uçqunu, duman və çovğun olacağı gözlənilir.

Avtomobil yollarının müəyyən hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər”- Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.