Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Agentliyin məlumatında qeyd edildiyi üzrə, yanvarın 9-11-də Gürcüstanda hava şəraitinin yağmurlu olacağı, dağlıq və yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı (yanvarın 10-11-də Şərqi Gürcüstanın aran bölgələrində qar qeydə alına bilər), duman, çovğun olacağı, yolların buz bağlaması və qar uçqunu təhlükəsi gözlənilir. Dənizdə 3-4 bal gücündə fırtına ola bilər.
“Güclü qar yağması, görmə məsafəsinin pisləşməsi, çovğun, yolların buz bağlaması və qar uçqunu təhlükəsi ilə əlaqədar avtomobil yollarının müəyyən hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə-sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər”- Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.