Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, oktyabrın 9-u gün ərzində, oktyabrın 10-u gecə saatlarınadək Qərbi Gürcüstanda bəzi yerlərdə intensiv, vaxtaşırı çox güclü yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
“Oktyabrın 9-dan oktyabrın 10-u gününün ikinci yarısınadək Gürcüstanın bütün ərazisində güclü qərb küləyinin əsəcəyi, dənizdə isə 4-5 ballıq fırtına dalğası gözlənilir.
Gözlənilən güclü yağıntılar qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər, təpə və dağlıq ərazilərdə sürüşmə prosesinə səbəb ola və aktivləşdirə bilər”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev