Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir

 

Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Agentlik tərəfindən verilmiş məlumatda iyunun 19-u günün sonundan iyunun 22-dək Gürcüstanın əksər rayonlarında qısamüddətli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, küləyin əsəcəyi, şərqi Gürcüstanda bəzi yerlərdə dolu düşəcəyinin gözlənildiyi deyilir.

“Gözlənilən leysan yağışları Gürcüstanın kiçik çaylarında daşqınlara, ölkənin dağlıq ərazilərində isə sürüşmə proseslərinin əmələ gəlməsinə -aktivləşməsinə səbəb ola bilər”- deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.