Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir - Sentyabrın 16-17-də gözlənilən yağıntı çaylarda daşqınlara və dağlıq ərazilərdə sürüşmə proseslərinə səbəb ola bilər
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 16-sı gecə saatlarından 17-si səhərədək Gürcüstanın əksər rayonlarında yağış yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir, şimşək çaxa, dolu düşə, külək güclənə bilər.
“Gözlənilən güclü yağıntı Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq ərazilərdə sürüşmə-sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.