Millətlər Liqası | Ukrayna ilə matç üçün Gürcüstanın heyəti məlumdur #1TVSPORT
Gürcüstan millisi Millətlər Liqasının ikinci tur matçını Tbilisidə, “Dinamo Arenada” Ukraynaya qarşı keçirəcək – qarşılaşma saat 20:00-da başlayacaq, birbaşa reportajı Gürcüstanın Birinci Kanalı, Birinci Kanal İdman və Gürcüstan Radiosu təqdim edəcək.
Ukrayna ilə matç Villi Saniolini bu vəzifədə əvəz edən Ramaz Svanadze üçün “Xaçlılar”ın baş məşqçisi postunda debüt oyunu olacaq.
Svanadze Ukrayna ilə matç üçün heyəti açıqladı:
Mamardaşvili, Kakabadze, Dvali, Loçoşvili, Qoqliçidze, Tsitaişvili, Koçoraşvili, Kiteişvili, Çakvetadze, Kvaratsxelia, Mikautadze.