Millətlər Liqası | Macarıstan və Gürcüstan yığmalarının oyununun canlı reportajı Birinci Kanalda #1TVSPORT
Gürcüstan milli komandası UEFA Millətlər Liqasının üçüncü turunda, Budapeştin “Puşkaş Arena”da Macarıstanın milli komandası ilə qarşılaşacaq. Qarşılaşmanın canlı reportajını saat 22:45-dən etibarən Gürcüstanın Birinci Kanalı, Birinci Kanal İdman və Gürcüstan Radiosu təqdim edəcək.

Oktyabrın 1-də milli komanda ev sahibi stadion olan “Puşkaş Arena”da oyunöncəsi məşq keçirib. UEFA Millətlər Liqasının B divizionunun ikinci qrupunda iki turdan sonra Gürcüstan və Macarıstan hər biri bir xalla üçüncü və dördüncü yerləri bölüşürlər, Şimali İrlandiya və Ukraynanın isə 4 xalı var.
Macarıstan komandası
Macarıstan millisi zədələr səbəbindən çətinliklərlə üzləşib. Lakin, baş məşqçi Marko Rossinin ixtiyarına Yojef Salai və Raymund Tot geri dönüb, Bendequz Kovaç isə 21 yaşadək futbolçulardan ibarət (U-21) milliyə göndərilib. Bununla yanaşı, Ferencvaroşun futbolçusu Atilla Osvat zədəli Bendequz Bolanı əvəz edib.
Gürcüstan komandası
Gürcüstan milli komandası oyuna döyüşkən heyətlə hazırlaşır. Qarşılaşmadan öncə millinin baş məşqçisi Ramaz Svanadzenin bildirdiyinə görə, hər iki komanda yaxşı dərk edir ki, bu oyun Millətlər Liqası qrupunu qazanmaq üçün son şanslardan biridir. O, həmçinin əlavə edib ki, hazırlıq prosesində bütün detallar nəzərə alınıb.

Qarşılıqlı oyunlar
Gürcüstan və Macarıstan milli komandaları indiyə qədər iki oyun keçiriblər, hər ikisi 2001-ci ildə Dünya Kubokunun seçmə mərhələsində. 6 iyunda Macarıstan Budapeştdə 4:1, 1 sentyabrda isə Gürcüstan millisi Tbilisidə 3:1 hesabı ilə qalib gəlib. Qolları Şota Arveladze, Qoça Camarauli və Aleksandre İaşvili vurub.
Serbiyalı hakim
Macarıstan və Gürcüstan millilərinin oyununu serbiyalı hakim Srcan Yovanoviç idarə edəcək. Ona Uroş Stoykoviç və Miloş Simoviç kömək edəcəklər, dördüncü hakim Novak Simoviç olacaq, VAR assistenti funksiyasını isə Momçilo Markoviç yerinə yetirəcək.