Millətlər Liqası | Gürcüstan və Albaniya yığmalarının oyunu Birinci Kanalda #1TVSPORT
Millətlər Liqası | Gürcüstan və Albaniya yığmalarının oyunu Birinci Kanalda #1TVSPORT

 
Oktyabrın 14-də Tbilisidə Mixeil Mesxi adına stadionda Gürcüstanın milli yığması Millətlər Liqasının dördüncü turunun görüşünü Albaniya yığmasına qarşı keçirəcək. Matç saat 20:00-da başlayacaq. Birinci Kanal, Birinci Kanal İdman və Gürcüstan Radiosu (FM 102.3) birbaşa reportajı təqdim edəcək.

Faktlar

Gürcüstan yığması Albaniya ilə tarixdə ən çox oyun keçirib: 16 oyun, 9 qələbə, 4 bərabərlik, 3 məğlubiyyət, top 24-13.
Millətlər Liqasında Gürcüstan yığması cəmi iki oyunda məğlub olub. Bu turnirdə “Xaçlılar”ın ümumi nəticəsi belədir: 21 oyun, 13 qələbə, 6 heç-heçə, top: 39-13.
Albaniya yığmasının səfər oyunlarında xoşagəlməz statistikası var – son 13 oyunda 2 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət.
Gürcü futbolçulardan Albaniyaya ən çox qol vuran Şota Arveladze olub (6).
Xatırladaq ki, cari Millətlər Liqasının oyunlarında “Xaçlılar” Albaniyanın yığmasını Tiranada Qiorqi Koçoraşvilinin qolu ilə 1:0 hesabı ilə məğlub etdilər.

Gürcüstan yığması

Vili Saniolinin komandası Millətlər Liqasında ilk iki görüşdə qalib gəldi və Ukraynaya məğlub olmasına baxmayaraq, 6 xalla yenə də qrupun lideridir. Çexiya yığması da eyni xala malikdir və “Xaçlılar” birinci yeri qorumaq üçün Albaniya ilə qarşılaşmada qalib gəlməlidirlər.

Gürcüstan yığmasında kadr problemləri var – Qiorqi Koçoraşvili diskvalifikasiyaya görə oyunu buraxacaq. Ukrayna ilə qarşılaşmanın son dəqiqələrində Otar Kiteişvilini əzələsi narahat edib, lakin Vili Sanioli bildirib ki, Avstriya Bundesliqasının ən yaxşı oyunçusu yorğunluq səbəbilə problem yaşayıb, indi isə Otar özünü yaxşı hiss edir və qarşılaşmaya hazır olacaq.

Gürcüstanın milli yığmasının baş məşqçisi hesab edir ki, Albaniya ilə qarşılaşmada 90 dəqiqəlik oyuna yaxşı başlamaq və konsentrasiyanı saxlamaq taktiki dəyişikliklərdən daha vacib olacaq.

Bu baxımdan komandanın gücünü sürətlə bərpa etməyə nail olub-olmaması mühümdür, çünki yığmaların fasiləsi zamanı komandalar üç günlük fasilə ilə oyunlar keçirirlər.

Albaniya yığması

Albaniyanın futbol yığması Gürcüstanla oyundan əvvəl “Mixeil Mesxi Arena”da son məşqini keçirib. Məşq zamanı baş məşqçi Silvinio diqqəti taktiki aspektlərə yönəldib, bu da onun fikrincə, qarşılaşmada mühüm rol oynayacaq.

Gürcüstan yığmasının rəqibi son oyunlarda hücumda olduqca səmərəsizdir – komanda son dörd qarşılaşmanın üçündə qol vura bilməyib – çexlərlə son matçda buna səbəb kadr problemi olub. Albanlar travma səbəbindən üç aparıcı oyunçudan məhrumdurlar – komandanın kapitanı, İtaliyanın “Atalanta”sının mərkəz müdafiəçisi Berat Cimşit və iki aparıcı hücumçu – Türkiyənin “Sivasspor” komandasının hücumçusu Rey Manai və İngiltərənin “Everton”unun futbolçusu Armando Broia.