“Milan”ın futbolçularını Tbilisi hava limanında Kaxa Kaladze qarşılayıb
“Milan”ın futbolçularını Tbilisi hava limanında Kaxa Kaladze qarşılayıb

Milan futbol klubunun əfsanələrini Tbilisi hava limanında paytaxtın meri Kaxa Kaladze qarşılayıb.

“Milan”ın sabiq futbolçusu Kaxa Kaladze sabah Tbilisidə keçirilməsi planlaşdırılan əfsanələrin oyunu haqda danışıb və futbolsevərlərin bu matça gəlməsinin çox maraqlı və emosional olacağını qeyd edib.

“Qeyd olunan görüşün sabah, axşam saat 19:00-da baş tutacağı xoşdur. Düşünürəm ki, paytaxtda gürcü azarkeşləri maraqlı axşam gözləyir. Tbilisidə azarkeşlər həm gürcü, həm də müxtəlif millətlərdən olan sevimli futbolçularını görəcəklər, onlar tarixi Milanda oynayırdılar, onlar on il ərzində hər şeyə qalib gəldilər və mən bu komandanın bir hissəsi olduğum üçün şadam. “Milan” böyük tarixə malik komandadır və mən çox şadam ki, keçmiş komanda yoldaşlarım gəliblər. Mənim üçün çox emosionaldır, çünki mən hələ də oğlanlarla dostluğumu davam etdirirəm və hamı ölkəmizə, gözəl paytaxtımıza qonaq gəlməkdən çox məmnundur. Sabah bildiyim kimi, hava yaxşı olacaq və azarkeşi xoş axşam gözləyir”, – deyə Kaxa Kaladze bildirib.

Gürcüstan Futbol Federasiyası və Tbilisi meriyasının təşkilatçılığı ilə sentyabrın 21-də Tbilisidə Gürcüstan millisi və İtaliyanın “Milan”ının əfsanələri qarşılaşacaqlar.

Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayır.