Milan Malpensa hava limanında güclü yağış səbəbindən bir neçə reys gecikib və ya istiqaməti dəyişdirilib
Milan Malpensa hava limanında güclü yağış səbəbindən bir neçə reys gecikib və ya istiqaməti dəyişdirilib

Milan Malpensa hava limanında güclü yağış səbəbindən bir neçə reys gecikib və ya istiqaməti dəyişdirilib. Bu barədə hava limanının nümayəndəsi məlumat verib.

Güclü yağış səbəbindən hava limanı 27 reys qəbul edə bilməyib və onlar Berqamo, Turin, Boloniya və Venesiya da daxil olmaqla yaxınlıqdakı şəhərlərin hava limanlarına yönləndirilib.

Avqustun 26-da bir saat ərzində Malpensa ərazisinə 60 millimetr yağış yağıb. Hava limanının zalına da su daxil olub.

Malpensa hava limanının administrasiyasının məlumatına görə, o, təmizlənib və hava limanı adi qaydada fəaliyyətini davam etdirir.