Milan, Bolonya və Marseldən başqa, gələn ildən "Rainear" Gürcüstandan Kölnə də birbaşa avia-reyslər həyata keçirəcək
Milan, Bolonya və Marseldən başqa, gələn ildən “Rainear” Gürcüstandan Kölnə də birbaşa avia-reyslər həyata keçirəcək, – bu barədə bəyanatı “Rainearın” (Ryanair) komersiyal direktoru Devid O’Braien Gürcüstanın hökümət administrasiyasında verdi.
“Baş nazir Mamuka Baxtadze ilə görüşdən sonra deyə bilərəm ki, Milan, Bolonya və Marseldən başqa, gələn ilin yay aylarından Gürcüstandan Kölnə də birbaşa aviareyslər həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bizimlə danışıqlar aparan dəstə həddindən artıq böyük professionallardır. Əgər sizin Reqbi dəstəniz də belə istəkli olsa, dünya çempionatını qazanarlar” – dedi Devid O’Braien.
Gürcü tərəfi və İrlandiyanın “Rainear” aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi bugün imzalandı.