Mikromaliyyə təşkilatına hücumda ittiham olunan haqqında qətimkan tədbiri barəsində məhkəmə sabah müzakirə aparacaq
Mikromaliyyə təşkilatına hücumda ittiham olunanın iclası məhkəmədə sabah saat 11:30-a təyin edildi. İclasda ona qətimkan tədbrinin seçilməsi barəsində müzakirə aparacaqlar. Artıq məlumdur ki, müdafiə tərəfi onun zaldan azad edilməsini tələb edəcək.
Zurabişviliyə girovların götürülməsi maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin, iş üzrə psixiatrik ekspertiza təyin olunub.
Hazırda istintaq, Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin “q” bəndi ilə aparılır, maddə iki və ya artıq girovun götürülməsini nəzərdə tutur.