Mixeil Xidureli - Londonda beynəlxalq sərgidə Gürcüstanda təyyarələrə xidmət mərkəzinin ölkəyə böyük maliyyə faydası gətirəcək investisiya layihəsini təqdim etdik
Mixeil Xidureli - Londonda beynəlxalq sərgidə Gürcüstanda təyyarələrə xidmət mərkəzinin ölkəyə böyük maliyyə faydası gətirəcək investisiya layihəsini təqdim etdik

 

“Gürcüstanda İstehsal Et” agentliyinin direktoru Mixeil Xidureli Londonda keçirilən “MRO Europe 2022” beynəlxalq sərgisində Gürcüstanın investisiya cəlbediciliyinə dair təqdimatla çıxış edib və sərgi iştirakçılarına “Frost & Sullivan” konsaltinq şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrini təqdim edib.

Tədqiqata əsasən , Gürcüstanda təyyarələrə xidmət mərkəzinin inkişafı üçün kifayət qədər böyük potensial var.

“Biz ölkənin investisiya potensialını xarici investorlara fəal şəkildə təqdim etməyə davam edirik və aydan-aya daha çox nəzərə çarpan nəticələr əldə edirik. Bu dəfə sərgidə biz Gürcüstanda təyyarələrə xidmət mərkəzinin inkişafı üçün investisiya layihəsini təqdim etdik. Bu, ölkəyə böyük maliyyə gəliri gətirəcək layihədir. Əminəm ki, Gürcüstanın bu istiqamətdə böyük potensialı var və bu Frost & Sullivan şirkətinin tədqiqatları ilə də təsdiqləyib”- deyə Mixeil Xidureli bildirib.

MRO Europe aviasiya xidməti, hissələrin istehsalı, avia xəttlərin nümayəndələri və ekspertləri bir araya gətirən Avropanın ən böyük tədbiridir. Qeyd edək ki, konfransda hər il dünyanın ən böyük şirkətinin menecerləri və qərar qəbuledici vəzifələrini tutan şəxslər iştirak edirlər. Builki tədbirdə 7000-ə yaxın yüksək səviyyəli nümayəndə iştirak edib.

Bu barədə məlumatı “Gürcüstanda İstehsal Et” agentliyinin mətbuat xidməti yayır.