Mixeil Tamaraşvili prospekti ilə Cabua Amirecibi şossesinin kəsişməsində nəqliyyat qovşağının tikintisi davam edir
Mixeil Tamaraşvili prospekti ilə Cabua Amirecibi şossesinin kəsişməsində nəqliyyat qovşağının tikintisi davam edir

 
Mixeil Tamaraşvili prospekti ilə Cabua Amirecibi şossesinin kəsişməsində pandus quraşdırılır, pandus vasitəsilə Cabua Amirecibi şossesindən Mixeil Tamaraşvili prospektinə birbaşa çıxış mümkün olacaq.

Paytaxtın meri Kaxa Kaladze müavini İrakli Bendeliani ilə birlikdə davam edən işlərlə tanış olub.

“Mühüm infrastruktur işləri aparılır. Ümumiyyətlə, mövcud yol problem idi, avtobuslarla ziddiyyət təşkil edirdi, tıxaclar yaranırdı. Yeni pandus bütün bunları tənzimləyəcək. Sözügedən layihə avqustun sonunda başa çatacaq”- deyə Kaxa Kaladze açıqlayıb.

Layihə çərçivəsində dayaq divarlarının tikintisi aparılacaq, eləcə də xarici işıqlandırma şəbəkəsi qurulacaq, səki salınacaq və ətraf ərazidə yaşıllaşdırma işləri aparılacaq. Yeni nəqliyyat qovşağı işıqforlarla tənzimlənəcək, bu da həm piyadaların, həm də avtomobillərin hərəkətini daha təhlükəsiz və rahat edəcək.

Tbilisinin meri ilə birlikdə İnfrastrukturunun İnkişafı üzrə Şəhər Xidmətinin rəhbəri Qiorqi Abutidze və Vake Rayonunun icra başçısı Davit Kvinikadze ərazidə olublar.

Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.