Mixeil Tamaraşvili prospekti ilə Cabua Amirecibi şossesinin kəsişməsində nəqliyyat qovşağı təşkil edilib
Mixeil Tamaraşvili prospekti ilə Cabua Amirecibi şossesinin kəsişməsində nəqliyyat qovşağının təşkili işləri tamamlanıb.
Tbilisi meri Kaxa Kaladze müavinləri Andria Basilaia və İrakli Bendeliani ilə birlikdə ərazidə olub.
“Amirecibinin dırnaqarası yeni yolu və Tamaraşvili prospektinin qovşağı layihəsini başa vurduq. Nəticədə daşıma qabiliyyətini artırmaq imkanımız olacaq. Həmçinin, avtomobillərin ictimai nəqliyyatla qarşı-qarşıya gəlməsi problemi də həll olunacaq. Nəqliyyatın hərəkəti işıqforla tənzimlənəcək. Bu gündən yolun bu konkret hissəsi açılacaq. 4-5 gün çəkəcək yaşıllaşdırma işləri qalır” – Kaladze bildirib.
Paytaxtın meri ilə birlikdə sakrebulonun sədri Qiorqi Tğemaladze, İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidmətinin rəhbəri Qiorqi Abutidze, Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidmətinin rəhbəri Paata Toqonidze, Vake rayonunun icra başçısı Davit Kvinikadze, Saburtalo rayonunun icra başçısı Qizo Vasadze və “Tbilservice Group”un rəhbəri, Davit Paçulia yerinə yetirilmiş işlərlə tanış olub.
Layihə çərçivəsində sözügedən ərazidə iki pandus təşkil edilib, bunun üçün dəmir-beton dayaq divarları tikilib. Həmçinin LED lampaları ilə xarici işıqlandırma şəbəkəsi quraşdırılıb. Piyadalar üçün səkilər təşkil edilib və bir neçə qat asfalt örtüyü salınıb. Yolun hərəkət hissəsi xəttlənib və nəqliyyat qovşağında hərəkəti tənzimləyən işıqforlar quraşdırılıb.
Sözügedən layihə paytaxt büdcəsindən 1,7 milyon lari ilə maliyyələşdirilib, işlər isə Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidməti tərəfindən həyata keçirilib.