Mixeil Sarcveladzenin yerinə “Gürcü Arzusu”ndan İmeda Nikuradze parlament üzvü olub
Gürcüstan parlamentində “Gürcü Arzusu”nun bu gündən yeni üzvü var. Gürcüstan parlamenti Mixeil Sarcveladzenin yerinə İmeda Nikuradzenin namizədliyini dəstəkləyib.
Gürcüstan parlamentinin əksilmiş üzvü, Mixeil Sarcveladzenin yerinə İmeda Nikuradzenin səlahiyyətlərinin tanınması haqqında qətnamə layihəsi səsə qoyularaq 89 səslə təsdiq edilib.
Məlumat üçün bildirək ki, Mixeil Sarcveladze səhiyyə naziri vəzifəsinə təyin edilib.