Mixeil Sarcveladzenin fikrincə, bu mərhələdə 5-6 iyul hadisələri ilə əlaqədar istintaq komissiyasının yaradılmasına ehtiyac yoxdur
Mixeil Sarcveladzenin fikrincə, bu mərhələdə 5-6 iyul hadisələri ilə əlaqədar istintaq komissiyasının yaradılmasına ehtiyac yoxdur

 

Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Mixeil Sarcveladzenin fikrincə, bu mərhələdə 5-6 iyul tarixlərində inkişaf etmiş hadisələr ilə əlaqədar müvəqqəti istintaq komissiyasının yaradılmasına ehtiyac yoxdur.

Sarcveladzenin Gürcüstanın Birinci Kanalına da bildirdiyi üzrə, 5 iyul hadisələri ilə bağlı istintaq artıq aparılır və “əlavə arenalar yaratmağa ehtiyac yoxdur”.

“Bəzi məsələlərlə bağlı əlavə arenalar yaratmaq lazım deyil, çünki artıq davam edən hüquqi istintaq var. Mən həqiqətən komissiyanın yaradılmasına ehtiyac görmürəm”- deyə Sarcveladze bildirib.

5-6 iyul hadisələri ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılması ilə bağlı qətnamə layihəsi bu gün büronun iclasına təqdim olunacaq. “İslahatlar Qrupu” komissiyanın yaradılmasını tələb edir. Qətnamə layihəsində deyilir ki, komissiyanın fəaliyyətinin məqsədi olaraq iyulun 5-6-da Tbilisidə baş vermiş hadisələrin, konkret olaraq vətəndaşların konstitusiya ilə təmin edilmiş hüquqlarının kobud şəkildə pozulması; media qurumlarının nümayəndələrinə və vətəndaşlara qarşı fiziki zorakılıq, hücumlar , həmçinin QHT-lərə və beynəlxalq təşkilatlara, KİV-lərə mümkün kiberhücumlar, mümkün mütəşəkkil zorakı qrupların fəaliyyəti ilə Gürcüstanın milli maraqlarına qarşı hibrid müharibə taktikasından istifadə edən Rusiya Federasiyası arasında mümkün əlaqələr müəyyən edilməlidir. Reqlamentə əsasən, komissiyanın yaradılması üçün 50 deputatın dəstəyi lazımdır, onun səlahiyyət müddəti üç təyin ediləcək.