Mixeil Sarcveladze yeni direktoru Ruxi Respublika Xəstəxanasının kollektivinə təqdim edib
Mixeil Sarcveladze yeni direktoru Ruxi Respublika Xəstəxanasının kollektivinə təqdim edib

 
Səhiyyə naziri Mixeil Sarcveladze Zuqdididə, Ruxi Respublika Xəstəxanasında olub.

Mixeil Sarcveladze tibb müəssisəsindəki mövcud vəziyyətlə tanış olub, klinikanın əməkdaşları ilə görüş keçirib və onlarla xəstəxananın inkişaf planlarını müzakirə edib.

Mixeil Sarcveladze klinikanın yeni direktorunu əməkdaşlara təqdim edib. Ruxi Respublika Xəstəxanasına əvvəllər klinikada mean- ginekologiya şöbəsinə rəhbərlik etmiş Serqo Pipia rəhbərlik edəcək.

Səhiyyə naziri Ruxi Respublika Xəstəxanasının, işğal xəttinə yaxın ərazidə yerləşən tibb müəssisəsi kimi əhəmiyyətinə diqqət çəkib. Mixeil Sarcveladze qeyd edib ki, dövlətin prioritet vəzifəsi regionlarda tibbi xidmətlərin gücləndirilməsi və inkişafıdır ki, bütün vətəndaşlar üçün yüksək keyfiyyətli müasir tibbi xidmətlər əlçatan olsun.

Səhiyyə naziri ilə birlikdə Ruxi Respublika Xəstəxanasında Sameqrelo-Zemo Svanetinin dövlət müvəkkili Qiorqi Ququçia və Zuqdidi Munisipalitetinin meri Mamuka Tsotseria olub.

Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.