Mixeil Sarcveladze Veteranların Kliniki Xəstəxanasına baxış keçirib
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və əhalinin sosial müdafiəsi naziri Mixeil Sarcveladze V.Sanikidze adına Veteranların Kliniki Xəstəxanasına baxış keçirib.
Nazirliyin rəhbəri xəstəxananın fəaliyyətinin xüsusiyyətləri ilə yerindəcə tanış olub və qeyd edib ki, veteranlara qayğı və onların tibbi xidmətlə təminatı nazirliyin əsas prioritetlərindən biridir. Bununla yanaşı, Mixeil Sarcveladze tibb işçilərinə göstərdikləri xidmətə görə təşəkkür edib.
Səhiyyə Nazirliyindən verilən məlumatda, Veteranların Kliniki Xəstəxanasının benefisiarlara ilkin tibbi yardım göstərdiyi deyilir. Tibb müəssisəsi müasir avadanlıq və ixtisaslı kadrlarla təchiz olunub.
Veteranların İşi üzrə Dövlət Xidmətinin direktoru Koba Kobaladze və xəstəxananın rəhbəri Amori Revişvili Mixeil Sarcveladzeni qəbul ediblər.