Mixeil Sarcveladze və Anri Oxanaşvili Xüsusi İstintaq Xidməti və Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin rəhbərləri ilə görüşəcəklər
Mixeil Sarcveladze və Anri Oxanaşvili Xüsusi İstintaq Xidməti və Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin rəhbərləri ilə görüşəcəklər

 

Parlamentin iki komitəsinin sədrləri Mixeil Sarcveladze və Anri Oxanaşvili Xüsusi İstintaq Xidmətinin və Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin rəhbərləri ilə görüşəcəklər.

İşçi qrupun formatında müzakirə predmeti hər iki qurum üçün daha çox müstəqillik təminatlarının yaradılmasını nəzərdə tutan Avropa Komissiyasının rekomendasiyası olacaq.

Parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarcveladze Gürcüstanın Birinci Kanalına , söhbətin institusional inkişafdan və daha çox hüquqi təminatlarla təchiz olunmaqdan getdiyini bildirib.

” İrəliləyiş imkanının olduğu istənilən sahədə imkanlar tapılmalı və təmin edilməlidir” -deyə Sarcveladze əlavə edib.

Bugünkü görüşdə dəyişikliklərin həyata keçirilməsinə kimin necə baxması ilə əlaqədar mövqelər dinləniləcək.