Mixeil Sarjveladze və Anri Oxanaşvili parlamentdə Karlo Katsitadze və Lela Canaşvili ilə görüşürlər
Mixeil Sarjveladze və Anri Oxanaşvili parlamentdə Karlo Katsitadze və Lela Canaşvili ilə görüşürlər

 

Parlamentin Hüquq Məsələləri və İnsan Hüquqlarının Müdafiəsi Komitələrinin sədrləri Anri Oxanaşvili və Mixeil Sarjveladze Xüsusi İstintaq Xidmətinin rəhbəri Karlo Katsitadze və Fərdi Məlumatların Mühafizəsi Xidmətinin rəhbəri Lela Canaşvili ilə görüşürlər.

Parlamentdə bu dəqiqələrdə Anri Oxanaşvili, Mixeil Sarjveladze və adıçəkilən idarələrin rəhbərlərinin görüşü keçirilir. Oxanaşvilinin görüş başlamazdan əvvəl jurnalistlərə də açıqladığı kimi, söhbət Xüsusi İstintaq Xidməti və Fərdi Məlumatların Mühafizəsi Xidməti üçün 12 bəndlik plan üzrə müvafiq təkliflərin hazırlanmasından gedir ki, bu da bu xidmətlərin gələcək inkişafına köklənməlidir.

“Bu gün ilk təşkilati görüşdə biz bu xidmətlərin rəhbərlərinin mövqelərini eşidəcəyik, onların baxışı nədir – onlar öz xidmətlərinin institusional inkişafını necə təsəvvür edirlər, hansı təkliflər barədə düşünmək olar. İstənilən fikirə hazırıq. Müzakirə təşəbbüsə çevriləcək rasional təklifin nə olacağını göstərəcək ” -deyə Oxanaşvili bildirib.