Mixeil Sarcveladze Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbirdə iştirak edib
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazir Ümumdünya Səhiyyə Təşkilatının üzvləri və sahə mütəxəssisləri ilə birgə “Vərəmlə mübarizə üzrə Dövlət Proqramı”, yoluxma hallarının effektiv diaqnostikası və müalicəsi, infeksiyaya qarşı mübarizə istiqamətində görülən tədbirlər müzakirə edilib.
“Görüşdə Gürcüstanın son dövrdə vərəmlə mübarizədə mühüm irəliləyiş əldə etdiyini qeyd edib. Ölkədə vərəmin bütün formaları, o cümlədən rezistent vərəm üçün müasir diaqnostika və müalicəyə universal çıxış təmin edilir. Xüsusilə, 2015-ci illə müqayisədə Gürcüstan vərəmə yoluxma hallarını 50% azaltmağa nail olub.
Xidmətlər dövlət tərəfindən tam maliyyələşdirilir və xəstədən əlavə ödənişlər almağı nəzərdə tutmur. Ümumdünya Vərəmlə Mübarizə Günü tədbiri Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü və İİV/AİDS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə nazirliyin, parlamentin Səhiyyə və Sosial Məsələlər Komitəsinin, Ümumdünya Səhiyyə Təşkilatının, Vərəm və Ağciyər Xəstəlikləri üzrə Milli Mərkəzin nümayəndələri, tibbi xidmət göstərənlər, ictimai səhiyyə təşkilatlarının nümayəndələri iştirak ediblər,- bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.