Mixeil Sarcveladze Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin rəhbəri Silviu Domente ilə görüşüb
Mixeil Sarcveladze Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin rəhbəri Silviu Domente ilə görüşüb

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Gürcüstan ofisinin rəhbəri Silvio Domente ilə görüşüb.

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, tərəflər Ümumdünya Səhiyyə Təşkilatı ilə nazirlik arasında sıx əlaqələrdən danışıb və əməkdaşlıq nəticəsində Gürcüstanda bir sıra uğurlu layihələrin həyata keçirildiyini vurğulayıblar.

“Görüşdə əhalinin səhiyyə xidmətlərinə və dərman vasitələrinə çıxış imkanlarının daha da artırılması, sağlamlıq və iqlim problemləri, sağlam həyat tərzinin təbliği də müzakirə edilib”.

Mixeil Sarcveladzenin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı Gürcüstanın etibarlı dostu və tərəfdaşıdır”, – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.