Mixeil Sarcveladze Respublika Xəstəxanasının əməkdaşları ilə görüşüb
Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze nazir müavini Tamar Qabunia ilə birlikdə Respublika Xəstəxanasının rəhbərləri və tibb işçiləri ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, işçi görüşdə klinikada mövcud vəziyyət qiymətləndirilib, müəssisənin tam fəaliyyəti üçün zəruri olan ehtiyaclar müzakirə olunub. İnsan resursları, infrastruktur, klinik və idarəetmə istiqamətində aktual məsələləri müzakirə ediblər.
Səhiyyə nazirinin qeyd etdiyi üzrə, əsas vəzifə klinikanın tam fəaliyyəti üçün zəruri olan məsələləri həll etməkdir. Onun açıqlamasına əsasən Respublika Xəstəxanası ilə bağlı qərarlar nazirlik və əməkdaşların fikirlərinin müqayisəsi əsasında veriləcək.
Səhiyyə Nazirliyindən işçi görüşlərin daimi olaraq davam edəcəyi, həmin görüşlərdə klinikanın qarşısında duran cari məsələnin öz həllini tapacağı bildirilir.