Mixeil Sarcveladze - prezidentin bəyanatları bugünkü günə, bütün bunların deyildiyi yerə və yəqin ki, prezident institutu üçün də çox yersiz idi
Parlament çoxluğunun üzvü Mixeil Sarcveladzenin sözlərinə görə, gürcü xalqı mayın 26-nın əhəmiyyətini anlayır və bu günü səmimiyyətlə qeyd edir.
Onun sözlərinə görə, bu böyük nailiyyətin qeydinə qalınması və təqdirə ehtiyacı var.
“Hesab edirəm ki, bütün xalq bu günü səmimiyyətlə qeyd edir, çünki bu günün əhəmiyyətini çox yaxşı başa düşür. Ola bilsin ki, Gürcüstan tarixinin son dönəmində bu qədər şərəfli gün heç olmayıb”- Mixeil Sarcveladze bildirib.
Bundan əlavə, Sarcveladze dövlət başçısının Müstəqillik Gününə həsr olunmuş tədbirdəki çıxışını bir daha dəyərləndirib və Salome Zurabişvilinin bəyanatlarının bu gün üçün yersiz olduğunu qeyd edib.
“Təəssüf ki, prezidentin bəyanatları bu gün, deyildiyi yerə çox uyğunsuz idi. Ola bilsin ki, bu, prezident institutu üçün də uyğun deyildi. Bu çıxış, məsələn, adi televiziya müsahibəsindən heç nə ilə fərqlənmirdi. Ümumi bir milli bayramda destruktiv olmaq və həmvətənlərinlə danışa biləcəyin mövzu tapa bilməmək çox pisdir. Təssüfdoğurucudur, amma həqiqətdir” – deyə Mixeil Sarcveladze bildirib.