Mixeil Sarcveladze - ombudsmanın seçilməsi proseduru parlamentin reqlamenti ilə müəyyən edilir, məsləhətləşmə prosesi, namizədliklə bağlı müəyyən razılığın olması zəruri olacaq
Mixeil Sarcveladze - ombudsmanın seçilməsi proseduru parlamentin reqlamenti ilə müəyyən edilir, məsləhətləşmə prosesi, namizədliklə bağlı müəyyən razılığın olması zəruri olacaq

 
Ombudsmanın seçilməsi proseduru əsasən Gürcüstan parlamentinin reqlamenti ilə müəyyən edilir . Məsləhətləşmə prosesi, namizədliklə bağlı müəyyən razılığın olması zəruri olacaq. Təbii ki, parlament prosedurları vətəndaş cəmiyyətinin iştirakını da əhatə edir-bu barədə parlament əksəriyyətinin üzvü Mixeil Sarcveladze bildirib.

O , vətəndaş cəmiyyətinin iştirakının reqlamentdə nəzərdə tutulan qaydanı əvəz etməməli olduğunu bildirib.

“Bildiyiniz üzrə, hazırkı reqlamentə əsasən kimin namizəd irəli sürmək hüququnun olması nəzərdə tutulub, belə ki, reqlamentdə parlament fraksiyası və fraksiyasız parlament üzvlərinin yeddi nəfərlik qrupundan bəhs olunur. Müvafiq olaraq, namizədlərin seçilməsi ilə bağlı vətəndaş cəmiyyəti ilə necə məsləhətləşmələr aparacaqları, bu qaydaların necə olacağı barədə, bu halda ayrı-ayrı siyasi aktorlar tərəfindən belə məsləhətləşmələrin ola biləcəyi gözlənilir. Vətəndaş cəmiyyətinin iştirakı heç bir halda reqlamentdə nəzərdə tutulan qaydanı əvəz edə bilməz ki, bu da siyasi prosesdir. Siyasi proses dedikdə, siyasi partiyaların yüksək kvorumunun olması şəraitində siyasi partiyaların razılığının ən yaxşı namizədin seçilməsini təmin etməli olduğunu nəzərdə tuturuq”- deyə Sarcveladze bildirib.