Mixeil Sarcveladze - ölkənin həyati maraqları qurban verilsə belə, müxalifət üçün prioritet hakimiyyətə qarşı mübarizədir, prezidentin də müxalifətə qoşulması məyusedicidir
Müxalifətin ölkənin deyil xalqın statusa layiq olduğu barədə bəyanatı ölkənin tərəqqisinə və Avropaya inteqrasiyasına mane olmaq üçün pis düşüncənin davamıdır-bu barədə parlament çoxluğunun üzvü Mixeil Sarcveladze bildirib.
M.Sarcveladzenin təbirincə ölkənin həyati maraqları qurban verilsə belə, müxalifət üçün prioritet hakimiyyətə qarşı mübarizədir, prezidentin də müxalifətə qoşulması məyusedicidir.
“Müxalifətin ölkənin deyil xalqın statusa layiq olduğuna dair bəyanatı-bu ikiüzlülüyün arxasında ciddi şər və təhlükəli fikir gizlənir. Bu, zərərli münasibətdir və ölkənin tərəqqisinə və Avropaya inteqrasiyasına mane olmaq üçün pis fikrin davamıdır. Müxalifətin əsl niyyəti də budur. Təəssüf ki, bizim müxalifət üçün prioritet ölkə üçün həyati maraqlar qurban verilsə belə, hakimiyyətə qarşı mübarizə aparmaqdır. Bu, çoxlu təkzibedilməz dəlilləri olan real ideyadır. Bütün bunlarda prezidentin müxalifətə qoşulması məyusedicidir”.