Mixeil Sarcveladze - müxalifətin nəsə sabotaj təşkil etmək və hakimiyyəti məğlub etmək üçün heç bir resursu yoxdur, terminlərdə belə çaşqınlıq içərisindədirlər
Mixeil Sarcveladze - müxalifətin nəsə sabotaj təşkil etmək və hakimiyyəti məğlub etmək üçün heç bir resursu yoxdur, terminlərdə belə çaşqınlıq içərisindədirlər

 
Xoşbəxtlikdən, bu gün onların sabotaj təşkil etməyə imkan verəcək vasitələri yoxdur. Fikrimcə, terminlərdə belə çaşqınlıq içərisindədirlər -bu barədə parlament əksəriyyətinin üzvü Mixeil Sarcveladze müxalifətin bir hissəsi tərəfindən sentyabrda elan edilən aksiyalarla bağlı bildirib.

O , müxalifətin sabotaj elan edən hissəsinin bunun üçün heç bir resursunun olmadığını bildirib.

“Ölkəyə qarşı mübarizə aparmağa, hakimiyyəti məğlub etməyə bu qədər meylli olan bu insanların nəsə sabotaj təşkil etmək üçün nə resursu, nə də imkanı var. Xoşbəxtlikdən, gürcü xalqı müdrikdir və onlara müxalifətdə olduğundan artıq mandat vermir. Bundan irəli gələrək, hakimiyyətə ziyan vurmaq üçün ölkəmizə qarşı destruktiv planlar həyata keçirməyə nail olacaqları barədə heç kim qorxmasın . Onlar bunu bacara bilməyəcəklər. Ən əsası bütün bunları etmək üçün onlar Gürcüstan əhalisinin dəstəyini görmürlər”- deyə Sarcveladze bildirib.