Mixeil Sarcveladze - "Milli Hərəkat"da yeni münaqişələr gözlənilirdi, “Milli Hərəkat”ın sona yaxınlaşdığı ilə bağlı fərziyyələr haqlı olaraq deyilib, siyasi aqoniya (canvermə) içərisindədirlər
Mixeil Sarcveladze - "Milli Hərəkat"da yeni münaqişələr gözlənilirdi, “Milli Hərəkat”ın sona yaxınlaşdığı ilə bağlı fərziyyələr haqlı olaraq deyilib, siyasi aqoniya (canvermə) içərisindədirlər

 
Parlamentin İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarcveladze “Milli Hərəkat”da qarşıdurmanın davam edəcəyinin gözlənilən olduğunu bildirib.

“Biz qarşıdurmanın “Milli Hərəkat”da yaranmış ağır vəziyyətin sonu olmayacağını deyirdik. Hətta hesablaşma üçün belə ehtiyatsız seçilmiş formalar da yeni münaqişələrə səbəb olur və bütün bunlar gözlənilən idi. Bu fakt növbəti münaqişənin başlanğıcı olacaq. Bu münaqişə həm də o deməkdir ki, partiyanın indiyədək malik olduğu resurslar daha da parçalanacaq. “Milli Hərəkat”ın sona yaxınlaşdığı ilə bağlı fərziyyələr haqlı olaraq səsləndirilib, siyasi aqoniya (canvermə) içərisindədirlər”- bu barədə Mixeil Sarcveladze Gürcüstanın Birinci Kanalına açıqlayıb.

“Milli Hərəkat”ın sədri Levan Xabeişvili dünən canlı yayımda Nika Melianın artıq partiyanın üzvü olmadığı yazılan kağızı imzalayıb və Nika Melianın “Milli Hərəkat”ı təmsil etmədiyini, artıq partiyanın üzvü olmadığını bildirib.