Mixeil Sarcveladze məhdud imkanlı uşaqlar üçün xidmətlərin yaxşılaşdırılması məsələlərinə dair görüş keçirib
Mixeil Sarcveladze məhdud imkanlı uşaqlar üçün xidmətlərin yaxşılaşdırılması məsələlərinə dair görüş keçirib

 
Səhiyyə naziri Mixeil Sarcveladzenin təşəbbüsü ilə məhdud imkanlı şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə işçi qrupunun iclası keçirilib.

Nazirliyin nümayəndələrinin, xidmət göstərən qurumların, sahə mütəxəssislərinin və məhdud imkanlı uşaqların valideynlərinin iştirak etdiyi görüşdə reabilitasiya/habilitasiya xidmətlərinin yaxşılaşdırılması məsələləri müzakirə olunub.

Nazir məhdud imkanlı uşaqların valideynləri ilə son vaxtlar müxtəlif KİV-lərdə reabilitasiya/haabilitasiya proqramı ilə bağlı xəbərlərin yayıldığı məsələləri müzakirə edib. Görüşdə valideynlərə nazirliyin ekspertlər və provayderlərlə birgə işlədiyi və reabilitasiya/habilitasiya proqramının yaxşılaşdırılması məqsədi daşıyan yeni proqram barədə məlumat verilib. Mixeil Sarcveladze qeyd edib ki, istənilən qərar qəbul edilərkən uşağın maraqları qorunacaq.

Şura üzvləri razılaşıblar ki, yaxın günlərdə prosedur başlayacaq və reabilitasiya/habilitasiya proqramı keçid dövründə köhnə modelə qaytarılacaq və valideynlər iş prosesində fəal iştirak edəcəklər. İclasda məhdud imkanlı uşaqların valideynlərinin qeyd etdiyi kimi, hazırkı və planlaşdırılan dəyişikliklər onlar üçün məqbuldur və çox vacibdir.

Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.