Mixeil Sarcveladze İtaliyanın səfiri Massimiliano D’Antuono ilə görüşüb
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze İtaliya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Massimiliano D’Antuono ilə görüşüb.
Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, tanışlıq məqsədli görüşdə tərəflər Gürcüstanın gələcək Avropaya inteqrasiyası və bu istiqamətdə mövcud planlardan danışıblar.
“İki ölkənin səhiyyə orqanları arasında sıx və səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb. Mixeil Sarcveladze İtaliyanın Gürcüstanın etibarlı tərəfdaşı olduğunu və bu iki ölkənin ümumi Avropa dəyərlərinin birləşdirdiyini qeyd edib. Görüşdə iki ölkə arasında səhiyyə və sosial təminat istiqamətlərində mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə toxunulub.
Görüşdə İtaliya Respublikasının fövqəladə və səlahiyyətli səfirinin müavini Fabiola Albanese və İtaliya səfirliyinin nümayəndəsi Elisa Kako iştirak ediblər”, – deyə məlumatda deyilir.