Mixeil Sarcveladze işğal xəttinin yaxınlığında yeni açılan kənd ambulatoriyasında olub
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze Ümumdünya Sağlamlıq Günü münasibətilə işğal xəttinin yaxınlığında yeni istifadəyə verilmiş kənd ambulatoriyasında olub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.
Agentliyin məlumatına görə, nazir işğal xəttinin yaxın ərazisində yaşayan əhalinin ehtiyacları ilə tanış olub, tibb işçilərinə əməyinə görə təşəkkür edib və onları Ümumdünya Sağlamlıq Günü münasibətilə təbrik edib.
Mixeil Sarcveladzenin sözlərinə görə, işğal xəttinə yaxın ərazidə yaşayan əhalinin ehtiyaclarının tam ödənilməsi xüsusilə vacibdir.
Erqneti ambulatoriyası yerli əhaliyə ilkin tibbi yardım göstərir. Tibb müəssisəsi ixtisaslı kadrlarla təmin olunub. Kənd ambulatoriyası Erqnetinin 300-ə yaxın sakininə immunizasiya, xərçəng müayinəsi və digər tibbi xidmətlər təklif edir.