Mixeil Sarjveladze - Hər kəsin ifadə və sərbəst toplaşmaq azadlığı var, bu barədə mübahisə etmək olmaz
Mixeil Sarjveladze - Hər kəsin ifadə və sərbəst toplaşmaq azadlığı var, bu barədə mübahisə etmək olmaz

 

“Hər kəsin ifadə və sərbəst toplaşmaq azadlığı var, bu barədə mübahisə etmək olmaz “, – İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mixeil Sarjveladze, “Tbilisi Pride” həftəliyi ilə əlaqədar qeyd edib.

Onun sözlərinə görə, bir-birinin hüquqlarına hörmət etmək bütün tərəflərin borcudur.

“Hər kəsin ifadə və sərbəst toplaşmaq azadlığı var. Bu mübahisəsizdir və bu barədə mübahisə etmək olmaz. Təəssüf ki, cəmiyyətdə bu ifadə formasının qəbuledilməz olduğunu düşünən və buna əksər halda düzgün olmayan vasitələrlə qarşı çıxan müəyyən insan qrupları var. Əlbətdə ki, belə vaxtlarda polis istənilən insanın ifadə azadlığını qorumaq üçün keşikdədir. Həmçinin demək lazımdır ki, bir tərəfdən bir-birimizin hüquqlarımıza hörmət etmək , daha az qarşıdurma və münaqişə ocaqları yaratmaq baxımından cəmiyyətimizə qarşı ehtiyyatlı davranmaq bütün tərəflərin borcudur”-deyə Sarjveladze bildirib.