Mixeil Sarcveladze - Gürcüstanın, eləcə də Ukraynanın ərazi bütövlüyü alternativi olmayan ideyadır
Gürcüstanın, eləcə də Ukraynanın ərazi bütövlüyü sadəcə alternativi olmayan ideyadır-“Gürcü Arzusu”nun üzvü Mixeil Sarcveladze NATO baş katibi ofisinin direktorunun bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanın heç bir şərtlə öz ərazilərinin işğalını qəbul etməyəcəyi hamı tərəfindən qəbul edilir.
“Ona görə də hər hansı həll yolunu axtararkən hər kəs nəzərə almalıdır ki, məsələn, Gürcüstanın timsalında Gürcüstan heç vaxt heç bir qeyd-şərt və ya şərtlə öz ərazilərinin işğalı ilə barışa bilməyəcək. Yəqin ki, Ukrayna hakimiyyəti və Ukrayna xalqı da eyni münasibətdədir. Ona görə də Gürcüstanın və ya Ukraynanın Avro-Atlantik inteqrasiyasından danışan hər kəs bunu nəzərə almalı olacaq”- Sarcveladze bildirib.
NATO baş katibinin ofisinin direktoru Stian İensen bildirib ki, Ukrayna ərazilərinin Rusiyaya verilməsi müqabilində alyansa üzv ola bilər.