Mixeil Sarcveladze - Gürcüstan Hepatit C xəstəliyinin son olaraq məğlub olacağı nöqtəyə yaxınlaşır
Mixeil Sarcveladze - Gürcüstan Hepatit C xəstəliyinin son olaraq məğlub olacağı nöqtəyə yaxınlaşır

 
Gürcüstan Hepatit C xəstəliyinin son olaraq məğlub olacağı nöqtəyə yaxınlaşır-bu haqda Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze deyib.

Mixeil Sarcveladze, vərəmdən əziyyət çəkən insanların müalicəsi baxımdan da ciddi irəliləyiş olduğunu bildirib.

“2015-ci ildən bu günədək təxminən 82 000 insan sağalıb və praktiki olaraq eliminasiyanın son mərhələsi üzərində işə başlamışıq. Hər bir belə insanın, o cümlədən maliyyə nöqteyi-nəzərdən gətirdiyi təsir haqqında heç nə deməyəcəm. Vərəmə gəlincə, bu istiqamətdə ciddi irəliləyiş əldə etmişik. Son beş il ərzində vərəmə yoluxma halları 71%-lə azalıb və sağalma göstəricisi 65%-dən 80%-ə yüksəlib” – deyə Mixeil Sarcveladze açıqlayıb.