Mixeil Sarcveladze etnik azlıqların nümayəndələri olan tələbələrlə görüşüb
Mixeil Sarcveladze etnik azlıqların nümayəndələri olan tələbələrlə görüşüb

 

İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarcveladze “İştirakçı siyasət və azlıqlar” layihəsi çərçivəsində etnik azlıqların nümayəndələri olan tələbələrlə görüşüb.

Görüşdə ölkədə gedən proseslər müzakirə edilib, Gürcüstanın etnik müxtəlifliyinin əhəmiyyətindən danışılıb.

“Biz vətəndaşlarla, xüsusən də cəmiyyətin gənclərdən ibarət hissəsi ilə münasibətlərə xüsusi önəm veririk. Məhz buna görə də iştirakçılar etnik azlıqların sıx məskunlaşdığı regionlar olunca, belə görüşlər daha da vacibdir. Bu gənclərlə danışmaq və müzakirə aparmaq, birbaşa qarşılıqlı əlaqə üçün daha çox imkanlar yaratmaq çox vacibdir. Bu regionların nümayəndələrinin ölkədəki müxtəlif aktual məsələlərlə bağlı baxışları ilə tanış olmaq maraqlı idi” – deyə Mixeil Sarcveladze bildirib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.