İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarcveladze etnik azlıqların nümayəndələri ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumatda görüşdə inteqrasiya prosesinin təşviq edilməsinin zəruriliyi və gələcək təşəbbüslər barədə danışıldığı deyilir.
“Etnik azlıqların nümayəndələri ilə daha çox danışmaq imkanlarının olması vacibdir. Onlar ölkəmizin bərabərhüquqlu vətəndaşlarıdır və təbii ki, onların gördükləri problemlər və prioritetlər mütləq başa düşülməli, yaxşı təhlil edilməli və buna əsasən ölkə əhalisinin bir hissəsi olan etnik azlıqları narahat edə biləcək məsələlərin həlli istiqamətində təcili işlər görülməlidir”-deyə Mixeil Sarcveladze bildirib.