Mixeil Sarcveladze - Erkən diaqnostika dövlətin növbəti dövrdə mütləq diqqət yetirəcəyi əsas istiqamətlərdən biri olacaq
Mixeil Sarcveladze - Erkən diaqnostika dövlətin növbəti dövrdə mütləq diqqət yetirəcəyi əsas istiqamətlərdən biri olacaq

 
Erkən diaqnostika dövlətin növbəti dövrdə mütləq diqqət yetirəcəyi əsas və mərkəzi istiqamətlərdən biri olacaq -bu haqda Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlər, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Mixeil Sarcveladze parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı deyib.

“Son illər ərzində qeydə alınmış müsbət dinamikaya baxmayaraq, orta Avropa göstəricisi ilə müqayisədə bizdə skrininqin nisbətən aşağı göstəricisi var. Bu istiqamət dövlətin növbəti dövrdə mütləq diqqət yetirəcəyi əsas və mərkəzi istiqamətlərdən biri olacaq, çünki erkən diaqnostika, xüsusən də onkologiyada – “Xərçəng hökm deyil”- ifadəsini reallığa çevirəndir” – Mixeil Sarcveladze qeyd edib.