Mixeil Sarcveladze - Dağınıq sklerozu olan pasiyentlərin müalicəsinin maliyyələşdirilməsi məsələsi bir neçə həftəyə müsbət həllini tapacaq və bu haqda ictimaiyyətə məlumat verəcəyik
Dağınıq sklerozu olan pasiyentlərin müalicəsinin maliyyələşdirilməsi məsələsi bir neçə həftəyə müsbət həllini tapacaq – bu haqda səhiyyə naziri Mixeil Sarcveladze Gürcüstanın Birinci Kanalının jurnalistinin sualına cavab olaraq deyib.
Xüsusilə, sual, sözügedən diaqnozu olan bütün pasiyentlər üçün dərman vasitələrinin maliyyələşdirilməsinin mərkəzləşdirilmiş proqramının nə vaxtdən işə salınacağı ilə bağlı olub.
“Deyə bilərəm ki, yaxın vaxtlarda, yaxın bir neçə həftə ərzində bu məsələ müsbət həllini tapacaq. Bu haqda ictimaiyyətə, ilk növbədə buna ehtiyac duyan insanlara məlumat verəcəyik. Dağınıq sklerozun müalicəsi ilə bağlı proqram sistemli şəkildə keçiriləcək” – Mixeil Sarcveladze bildirib.
Bu mərhələdə maliyyələşdirmə proqramından yalnız Acara və Tbilisidə qeydiyyatda olan pasiyentlər faydalanır.